Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi Qrupunun onlayn formatda növbəti iclası keçirilib.
İclasda “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2023-ci il üçün Fəaliyyət Planı” üzrə görülmüş işlər və Dünya Bankı tərəfindən təqdim olunan yeni "Business Ready" hesabatının müvafiq indikatorları üzrə cavablandırılmış sorğu vərəqələri və qiymətləndirmə nəticələri, eyni zamanda 24 iyun 2023-cü il tarixində Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilmiş, 10 fəsil, 59 maddədən ibarət olan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi və onun tətbiqi məsələləri müzakirə edilib.
İşçi Qrupunun iclasında cari il üçün prioritet sahələrin icrasından irəli gələn məsələlər, qarşıda duran vəzifələr və son dövrlərdə həyata keçirilən islahatlara dair fikir mübadiləsi aparılıb.
Özəl sektorun nümayəndələri ilə qarşılıqlı müzakirələr formatında keçən iclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Şirkətinin və digər təşkilatların nümayəndələri iştirak edib.
Sonda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının vaxtında və səmərəli təmin edilməsi məqsədiləgörüşlərin daha sıx təşkili barədə qərar qəbul edilib.